waplog

Nəqliyyatda elektron ödəniş sistemi gələn il tam tətbiq olunacaq


“Azərbaycanda ictimai nəqliyyatda elektron ödəniş sistemi tam tətbiq olunacaq”.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov söyləyib.
 
O bildirib ki, bu istiqamətdə aparılan işlər 6 ay müddətində başa çatdırılacaq: “Üzərində işlənilən layihənin təqribən gələn ilin martın 1-nə  qədər yekunlaşdırmağı nəzərdə tuturuq".
 
İctimai nəqliyyatda vahid kart sisteminin tətbiqi məsələsinə toxunan nazir müavini qeyd edib ki, bu istiqamətdə bağlanan ilk müqavilədə şirkətlərlə problemlər yaranıb.
 
 Onun sözlərinə görə, bir sıra şirkətlər sözügedən layihəni sona çatdırmayıblar. Nazir müavini əlavə edib ki, hazırda bu sahədə daha böyük səriştəsi və təcrübəsi olan şirkətlərlə aparılan danışıqlar yekunlaşmaq üzrədir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL