Yaponiyada suda işləyən akkumulyator ixtira edilib
Yaponiyanın “Furukawa Battery” şirkəti suda işləyən elektrik akkumulyatoru yaradıb.
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Mg Box” adlı akkumulyatorın köməyi ilə smartfonları enerji ilə doldurmaq olar. Şirkətin bəyanatına əsasən, yeni qurğu dekabrın ortalarında satışa çıxarılacaq. Bir akkumulyatorun qiyməti təxminən 10 min yena (93 dollar) təşkil edəcək.
Qurğunun tam işləməsi üçün ona iki litr su tökmək kifayətdir. Akkumulyator beş gün ərzində elektrik enerjisini generasiya edə bilər – bu müddətdə telefonu təxminən 30 dəfə enerji ilə doldurmaq mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL