waplog

AMEA-da yaradılan beynəlxalq laboratoriyalar tədqiqatların müasir üsul və texnologiyalarla aparılmasına şərait yaradacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika, Geologiya və Geofizika institutlarında beynəlxalq laboratoriyalar təsis edilib.

Bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul olunub. Laboratoriyaların yaradılması AMEA-da intellektual potensialın səmərəli fəaliyyət göstərməsi, yüksəkixtisaslı kadrların hazırlanması, həmçinin tədqiqatların müasir üsul və texnologiyalarla aparılması, beynəlxalq elm və təhsil əlaqələrinin möhkəmlənməsi və tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına şərait yaradacaq.
 
AMEA Rəyasət  Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sözügedən iclasda AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda təhlükəli geoloji proseslərin yeni fundamental statistik metodlarla tədqiqinin dünya elminə inteqrasiya olmaq nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 
Bunları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti İtaliyanın Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutu ilə GGİ arasında birgə kompleks tədqiqatlar aparılmasını elmi və praktik cəhətdən vacib hesab edir. Bu məqsədlə “Zəlzələnin məkan-zaman təhlili və təhlükə” laboratoriyası yaradılıb.
 
Bundan əlavə, AMEA-nın Botanika İnstitutu ilə ABŞ-ın Elm və Texnologiya üzrə Ayova Dövlət Universiteti arasında “Meşə mikologiyası və patologiyası” adlı birgə əməkdaşlıq laboratoriyası yaradılıb. İclasda AMEA-nın Botanika İnstitutu və Nəbatat Bağı ilə Almaniyanın Frankfurt Universiteti arasında “Biomüxtəliflik və iqlim dəyişkənliyi” adlı laboratoriyanın yaradılması da qərara alınıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL