waplog

Azərbaycanın prossesinq mərkəzi mobil bankçılığın yeni variantını təqdim edəcək


AzəriCard prossesinq mərkəzi sentyabrda mobil bankçılığın yeni variantını təqdim edəcək. Bu barədə AzəriCard-ın biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov bildirib.

"Hazırda 10-15-gün ərzində başa çatacağı güman edilən mobil bankçılığın yeni variantının sınağı aparılır və artıq sentyabrda bu xidmət müştərilərimizə təqdim olunacaq", - Məmmədov bildirib.

Onun sözlərinə görə, mobil bankçılığın yeni sistemi köhnə variantın bütün imkanlarını, eləcə də kartın bloka salınması, istənilən dövr ərzində hesabdan silmə, İnternet-provayderlərinin və ölkənin bütün mobil operatorlarının xidmətlərinin ödənilməsi kimi yeni xidmətləri özündə birləşdirəcək. Bununla yanaşı, tədricən ona mərkəz tərəfindən göstərilən digər xidmətlər də daxil ediləcək.

Mobil bankçılığın yeni variantının xüsusiyyətləri onun konkret mobil operatora bağlı olmamasından ibarətdir. Mobil ödənişlərə çıxış istənilən mobil operatorun şəbəkəsində çalışan bütün mobil telefonlardan mümkün olacaq. Bu xidmət məhz məlumatların ötürülməsi texnologioyasının (GPRS, EDGE , Wi-Fi və başqaları) hesabına dəstəklənəcək.

Xidmətlərdən istifadə üçün AzəriCard-ın İnternet resursunda, eləcə də bu xidmətlərdən istifadə edən bankların saytında istifadəsi mümkün olan əlavə qoşulmaların yüklənməsi vacibdir.

Hazırda AzəriCard-ın mobil bankçılıq xidmətindən 15 bank istifadə edir. Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyəti olan AzəriCard bu gün həm Azərbaycanda, eləcə də onun sərhədlərindən kənarda fəaliyyət göstərən 29 banka xidmət göstərir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL