Sahibkarlar Həştərxanda keçiriləcək beştərəfli biznes görüşünə dəvət olunur
Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü sammiti çərçivəsində Həştərxan şəhərində Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan arasında beştərəfli biznes forumu keçiriləcək.
Bu barədə “ICTnews" elektron xəbər xidmətinə AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə bu ayın 29-da düzənlənəcək.
Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycanın digər sahibkarları ilə yanaşı, İKT üzrə fəaliyyət göstərən işgüzar dairələr də iş əlaqələri qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, forumda 250 iş adamının, dövlət nümayəndələrinin, təşkilatların və medianın iştirakı gözlənilir.
Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində səfərdə iştirak etmək istəyən sahibkarlar özləri barəsində məlumatları “esuleymanov@ask.org.az” elektron ünvanına göndərə bilərlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL