waplog

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaq


Azərbaycanda səhiyyə sahəsində müasir informasiya idarəetmə sistemlərinin geniş tətbiqi davam etdirilməkdədir. Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti "Neuron Technologies" xəstəxanaların elektron idarəetmə sistemlərinin inteqrasiyası üzrə dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə tətbiqi üzrə fəaliyyətə başlayıb.
 
 
Şirkət tərəfindən bu istiqamətdə dünyanın qabaqcıl texnologiya şirkətləri ilə tərəfdaşlıqlar qurulub. "Neuron Technologies" şirkətinin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, şirkətin dəvəti ilə sentyabrın 1-dən 5-dək Türkiyənin "Erguvan Bilişim" şirkətinin mütəxəssisləri tərəfindən Bakı şəhərində Yüksək Texnologiyalar Parkında "Neuron Technologies" şirkətinin azərbaycanlı mütəxəssislərinə Türkiyədə geniş tətbiq edilməkdə olan "Medin 3" Tibb İnformasiya İdarəetmə sistemi üzrə təlim proqramı keçirilib. 
 
 
Sözügedən sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan  keçməsini təmin edir. Eyni zamanda, "Ağıllı kart" sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə  proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunacağından yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılacaqdır.  Barkodla mobil qaydada oxuna bilinən "NFC xəstə biləkliyi" və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsi ilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.
 
Hazırda sistemin yerli ehtiyaclara və tələblərə uyğunlaşdırılması prosesi başlanılıb və yaxın gələcəkdə bir neçə xəstəxanada tətbiqi üzrə danışıqlar davam etdirilir.
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL