Yeni yaradılan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuna direktor təyin olundu
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru vəzifəsini akademik İradə Hüseynova icra edəcək. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.
Akademiyadan qeyd edilib ki, Azərbaycanda biologiya, tibb və kənd təsərrüfatı elm sahələrinin inkişafının müasir problemləri üzrə molekulyar biologiya, molekulyar genetika, bioinformatika, sistemli biologiya və digər texnologiyaların həyat proseslərinə kompleks tətbiqi məqsədilə AMEA-nın 30 iyun 2014-cü il tarixli Ümumi Yığıncağında Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul olunub.
H.İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL