“Fly” şirkəti ucuz “Windows”-smartfon buraxıb
Ucuz smartfon istehsalçısı “Fly” şirkəti “Windows Phone 8.1” sistemi ilə işləyən birinci qurğusunu təqdim edib. Yeni aparat 1.2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon” prosessoru, 512 QB əməli və 4 QB daxili yaddaşla təchiz olunub və iki SİM kartın işini dəstəkləyir.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, smartfon, həmçinin “microSDHC” yaddaş kartını dəstəkləyir, nəticədə daxili yaddaşın tutumunu 32 QB-dək artırmaq mümkündür. Smartfonun ölçüləri 125,5x65x10,7 mm təşkil edir.
Smartfon 480x800 piksel təsvir ölçülü 4 düymlük ekranla təchiz olunub.
“Fly ERA” smartfonu əsas simsiz rabitə standartlarını dəstəkləyir: veb-sörfinq üçün “3G”-internet və “Wi-Fi”, həmçinin başqa qurğularla qoşulmaq üçün “Bluetooth” modulu ilə təchiz olunub. Akkumulyatorun tutumu 1500 milliamper/saat təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL