Ən böyük kompüter oyunları sərgisi Tokioda öz işinə start verib
420-dən çox şirkət konsol, smartfon və kompüterlər üçün oyun sahəsində son həllərini nümayiş etdiriblər. Virtual reallığa tam köklənməyi imitasiya edən oyun və cihazlar builki sərginin əsas özəlliyi olub.
“Tokyo Game Show” beynəlxalq oyun konsolları sərgisi cümə axşamı Pekində start götürüb.
“ICTnews" elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Sony” şirkəti sonuncu “PlayStation4” oyun konsolu üçün təqdim etdiyi şlemin köməyi ilə istifadəçi oyun məkanında vizual və səsli illüziya mövcudluğunu hiss edir. Şlem oyun məkanına 360 dərəcəlik icmala imkan verir.
“Samsung” eynək və qulaqlıqla təchiz edilmiş və şirkətin smartfonları ilə uyğunlaşan müvafiq şlemini nümayiş etdirib. ABŞ-ın “Oculus” şirkətinin şlemi kosmosda olmanın illüziyasını yaradır.
Sərgi 24-cü dəfə keçirilir, amma bu il 421 şirkət sərgidə iştirak edir ki, bu da ötən illə müqayisədə 20% yüksəkdir. Təşkilatçıların qiymətləndirməsinə görə, dörd gün davam edəcək sərgini 220 min insan ziyarət edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL