waplog

Naxçıvan seysmik stansiyası peyk sisteminə qoşulacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmologiya Mərkəzi (RSM) Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində iki seysmik stansiyanın quraşdırılmasını başa çatdırıb. Bu barədə RSM-in baş direktorunun müavini Azay Rzayev məlumat verib.

Rzayevin sözlərinə görə, yaxın günlərdə stansiyalar peyk sisteminə qoşulacaqlar. "Bu gün respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 30 ədəd təşkil edir.

Perspektivdə əlavə maliyyə vəsaitinin alınmasından sonra daha səkkiz stansiyanın quraşdırılması planlaşdırılır. Onlardan üçü dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında), qalanları isə quruda fəaliyyət göstərəcək", - Rzayev deyib.

Ötən ilin yekunları üzrə mərkəz tərəfindən yeddi seysmik stansiya quraşdırılıb ki, onlar Qəbələ, Qobustan, Astara, Zərdab, Gədəbəy rayonlarında, eləcə də Xəzrə (Qusar rayonu) və Xınalıq (Quba rayonu) kəndlərində fəaliyyət göstəririlər.

Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vıbrasiya sensorlarından məlumat daxil olur.

Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir. Avadanlıq ABŞ-ın "Kinemetrics" şirkətindən alınıb. Hər stansiyanın qiyməti 200 min dollara çatır. RSM-in korporativ şəbəkəsinə Delta Telecom xidmət göstərir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL