waplog

“Apple” serverlərini izləməyə icazə vermir


Məlum olduğu kimi, “Apple” sahibi haqda bütün məlumatları avtomatik qeydə alan qurğular təqdim edib. Amma, eyni zamanda, şirkət istifadəçilərə onlar haqda məlumatları dövlət qurumlarına ötürməyəcəyinə də söz  verib.
 
Amma, Rusiyada bu prinsipiallıq problem ola bilər. Çünki avqustun 12-də baş nazir Dmitri Medvedevin qərarına əsasən, bütün sosial şəbəkələr və istifadəçilərin şərh yazmaq imkanı olan digər   saytlar, Federal Təhlükəsizlik Xidmətinin avadanlıqlarını və ya proqram təminatını tətbiq etməlidirlər ki, istifadəçilərin fəallığı haqda məlumatlar avtomatik toplana bilsin.
 
“Apple” qurğularının isə “App Store” internet dükanında belə bir servisi var ki, onun vasitəsi ilə istifadəçilər əlavələr haqda fikir mübadiləsi edə bilərlər.
 
Qanunda “operator” anlayışı qeyri-dəqiq göstərildiyindən onu istənilən şirkətə qarşı tətbiq etmək olar, həmçinin “Apple” şirkətinə və onun “iCloud” servisinə. Belə olan təqdirdə  şirkət Rusiya ərazisində fəaliyyət göstərməkdə çətinlik çəkə bilər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL