waplog

“Gartner”: “Təşkilatların 73 faizi iritutumlu məlumatlar texnologiyasına investisiya yatırmaq niyyətindədir”


“Gartner Research Circle” şirkətinin müxtəlif ölkələri təmsil edən 302 üzvünün iştirak etdiyi sorğudan məlum olub ki, hazırda təşkilatların 73 faizi (ötənilki 64 faizlə müqayisədə) iritutumlu məlumatlar texnologiyasına vəsait yatırır və ya yaxın iki ildə bunu etməyi planlaşdırır.

Bu istiqamətə investisiya yatırmağı planlaşdırmayan təşkilatların payı 31 faizdən 24 faizədək azalıb.
 
Regionlar arasında Şimali Amerika lider olaraq qalır. Burada rəyi soruşulanların 47 faizi artıq investisiya yatırdığını bildirib. 2013-cü ildə onların payı 37,8 faizə bərabər olub. Lakin digər regionlarda da investisiya artımı müşahidə edilir. Bununla belə, investisiya artımı texnologiyaların tətbiqi səviyyəsinə təsir göstərmir. Ötən il olduğu kimi, işin əsas hissəsi strategiya, pilot və sınaq layihələrinin hazırlanmasının payına düşür. 2013-cü ildə respondentlərin 8 faizi iritutumlu məlumat layihələrinin həyata keçirilməsini deyib. 2014-cü ildə onların payı 13 faizədək artıb. Bununla yanaşı, analitiklər qeyd edirlər ki, texnologiyaların başa düşülməsi yaxşılaşıb və onların imkanlarının tədqiqinə hazırlıq səviyyəsi yüksəlib.
 
Həmçinin “Gartner” nümayəndələri vurğulayırlar ki, hazırda təşkilatlar hansı məlumatları təhlil etməyi dəqiq bilmirlər, - “www.osp.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL