waplog

“Bakcell” və “Qualcom” şirkətləri birgə yeni “AppLab” layihəsinin təqdimatını keçiriblər


Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti “Qualcom” şirkəti ilə birgə bu gün yeni “AppLab” layihəsinin təqdimatını keçirib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təqdimat mərasimində çıxışında “Bakcell” şirkətinin icraçı direktoru Riçard Şirer qeyd edib ki, hazırda bütün dünyada mobil internet ən sürətlə inkişaf edən sahələrdən biridir.
 
“Ötən il ərzində 1200-1500 milyard arasında smartfon satılıb. Bunun 600 milyondan çoxu “iPhone” qurğularının payına düşür.   Ən maraqlısı isə odur ki, inqilabi irəliləyiş təkcə “iPhone” və smartfon satışları sahəsində deyil, onlar üçün nəzərdə tutulan proqram əlavələrinin istehsalı sahəsində də müşahidə olunur. Belə ki, bu günədək 75 milyard mobil əlavə hazırlanıb ki, bunun da  50 milyardı “Android” üçün nəzərdə tutulmuş əlavə proqramlardır. Tədqiqatlar göstərib ki, bu əlavələrin tətbiqi nəticəsində mobil telefon vasitəsi ilə yükləmələrin sayı 60%-dən çox artıb. Bütün bunları və Azərbaycanda smartfon istifadəçilərinin yarısının məhz “Bakcell” şəbəkəsində istifadə etdiyini nəzərə alaraq biz, gənc developerlərin inkişafına töhfə verəcək “AppLab” layihəsini təqdim etmək qərarına gəldik. Bu layihədə bizim əsas marağımız yeni proqramların, innovasiyaların tətbiqidir. Çünki bu layihə çərçivəsində hazırlanan bütün proqramların müəlliflərinin intellektual mülkiyyət hüquqları özlərinə aid olacaq. Yaxın zamanda artıq biz layihənin səmərəsini görəcəyik”,- deyə o qeyd edib.
 
Tədbirdə “Qualcom”un rəsmisi Ziad Matar və “Bakcell”in Korporativ strategiya şöbəsinin müdiri  Mark Zirka çıxış ediblər.


“Azərbaycan bazarında son zamanlar istifadəçilərin smartfonlara sürətli keçidi müşahidə olunur və hazırkı məqamda bu cür layihənin reallaşdırılması yaş məhdudiyyəti olmadan bütün developerlərə yeni proqramlarını yaratmağa və ideyalarını reallaşdırmağa imkan verəcək. “Bakcell” şirkəti ideya sahiblərinin developerlərlə işbirliyinin təməlinin qoyulmasında istənilən dəstəyi göstərəcək. Bundan başqa şirkət bu layihəni “Bakcell” smartfon layihəsi ilə birləşdirəcək və bütün hazırlanan proqramlar ilk növbədə bu smartfonlarda tətbiq ediləcək. Developerlər “Bakcell”in baş ofisində yaradılmış mərkəzdə “Qualcom”un təqdim etdiyi həllər vasitəsilə öz proqramlarını daha tez ərsəyə gətirmək imkanı əldə edəcəklər. Sonda bu məhsulların kommersiyalaşdırılması üçün köməklik göstəriləcək. Developerlərin layihələrini şirkət tərəfindən yaradılmış komitə qəbul edir, onlardan ən maraqlılarını seçir, sonra müəlliflər görüş keçirir və onun doğrudan da tələbat doğuracağını güman etdikdə reallaşdırılmasına kömək edəcək”, - deyə “Bakcell”in Korporativ strategiya şöbəsinin müdiri  Mark Zirka qeyd edib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL