“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti mütəmadi olaraq müxtəlif sahələrə dair nəfis dizaynda hazırlanmış poçt markaları təqdim edir.
Şirkət növbəti olaraq Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış neft hasilatı üzrə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibəti ilə poçt markası çap etdirib.
Belarusda çap olunan markanın tirajı 5000 ədəd təşkil edir. Markanın nominal dəyəri 1 manata bərabərdir.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.
“Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti iştirak edib. Bununla da ölkəmizdə “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL