waplog

Elmin İnkişafı Fondu 6-cı “Mobillik qrantı”nda yeni şərtlər irəli sürüb


Elmin İnkişafı Fondu xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 6-cı “Mobillik qrantı” müsabiqəsi elan edib.
 
 
Fondun mətbuat xidmətindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat təşkil edəcək.
 
 
Müsabiqəyə 2015-ci il, 12 yanvar-30 aprel tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
 
 
EİF 6-cı “Mobillik qrantı” müsabiqəsindən etibarən müsabiqə şərtlərinə dair yeni tələblər irəli sürüb. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa olaraq Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna edilməklə, digər ölkələrdə baş tutacaq tədbirlər üzrə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda, həmin layihəyə üstünlük veriləcək. Sənəd təqdim olunmadıqda isə fond şifahi müsahibə keçirə bilər.
 
 
Müsabiqədə iştirak etmək üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin noyabr ayında açıqlanması planlaşdırılır.
 
 
Qeyd edək ki, müsabiqə ilə bağlı ətraflı məlumat “www.sdf.gov.az” linkindən əldə edilə bilər.
 
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL