waplog

“iPhone 6” smartfonunun maya dəyəri nə qədərdir?


"Teardown.com" portalı "iPhone 6" smartfonunun içliyini araşdırıb və müəyyənləşdirib ki, qurğunun aparat hissəsinin maya dəyəri 227 dollar təşkil edir. Bu, "iPhone 5S" qurğusunun maya dəyərindın 15,51 dollar daha çoxdur.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, yeni aparatın ən bahalı elementi ekrandır, onun qiyməti 41,50 dollar təşkil edir. Qiymətinə görə qurğunun ikinci bahalı detalı prosessordur, qiyməti 37 dollar təşkil edir. Yeni smartfona quraşdırılmış kameranın qiyməti isə 16,50 dollardır.
Beləliklə, "iPhone 6 Plus" smartfonunun qiyməti 242,50 dollar təşkil edir. 5,5 düymlük versiyada ekranın qiyməti 51, kamera 17,50 dollardır. "iPhone 6 Plus"un kamerası optik sabitləşmə funksiyasına malikdir. Prosessorun takt tezliyinin bir qədər yüksək olmasına baxmayaraq, qiyməti 37 dollardır.
 
Nəzərə almaq lazımdır ki, bu rəqəmlər yalnız qurğunun komponentlərinin real qiymətini ifadə edir. Bu qiymətə smartfonların hazırlanması, proqram təminatının yaradılması, qurğuların tanıdılması və başqa xərclər daxil deyil.
 
Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL