waplog

“Google” Hollandiyada yeni məlumat mərkəzi tikəcək


“Google” internet axtarış sistemi Hollandiya şirkətinin yeni məlumat mərkəzinin tikintisinə təxminən 600 milyon dollar sərmayə qoymağı planlaşdırır. İnvestisiya layihəsi dörd il üçün hesablanıb, məlumat mərkəzi “Google”un Avropadakı əməliyyatlarını koordinasiya etməlidir.

"Biz məkanı yaxşı araşdırmışıq, burada münasib iqlim var" – “Google”un qlobal infrastruktur üzrə direktoru Fransua Sterin belə deyib.
 
"ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  “Google” yeni məlumat mərkəzinin fəaliyyətini dəstəkləmək üçün təxminən 150 daimi işçi qəbul edəcək.
 
Qeyd edək ki, məlumat mərkəzi İmşaven liman şəhərinin yaxınlığında yerləşəcək. Avropa və ABŞ-ı birləşdirən transatlantik rabitə  kanalı Məhz İmşaven şəhərindən başlayır.
 
Yeni məlumat mərkəzinin tikintisində təxminən 1000 insan iştirak edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL