waplog

2050-ci ilədək kosmik lift hazırlanacaq


Yaponiyanın “Obayashi” şirkəti 2050-ci ilədək fəaliyyət göstərən kosmik lift yaratmaq niyyətində olduğunu bəyan edib. Bunun baş tutması kosmik uçuşlarda və dünya iqtisadiyyatında böyük dəyişikliklərə səbəb olacaq.  
 
Belə ki, “Obayashi” kosmosa uzunluğu 96 min kilometr təşkil edən kosmik liftin yaradılması üzərində çalışır. Maqnit xətt mühərrikləri ilə işləyən robot avtomobillər insanları və yükləri orbital kosmik stansiyaya çatdıracaq. Bu növ daşınmalar müasir raketlərdən istifadə etməklə həyata keçirilən daşımalardan ucuz başa gələcək. Kosmosa birtərəfli gediş üçün bir həftə vaxt lazım olacaq.
 
Şirkət nümayəndələri bildiriblər ki, bu ideyanın həyata keçirilməsində onlara karbon nanomateriallar yardımçı olacaq.
 
Karbon nanohissəciklər polad burazdan 100 dəfə möhkəmdir. Buna görə ideyanı həyata keçirmək mümkün olacaq. Müasir texnologiyalar bizə uzunluğu 3 santimetr olan nanohissəciklər yaratmağa imkan verir, lakin bu, burazın ərsəyə gətirilməsi üçün yetərli deyil. Biz güman edirik ki, bu məsələ 2030-cu ilədək həllini tapacaq”, - “Obayashi” şirkətinin tədqiqat və işləmələr bölməsinin rəhbəri Edzi İsikava deyib.
 
Yer və kosmik stansiyanı birləşdirəcək burazın dartılması hündürlük və ağırlıq qüvvəsindən asılı olaraq müxtəlif olacaq.
 
Biz müxtəlif hündürlüklərə qaldırma mexanizmlərini öyrənirik və optimal əyləc sistemini işləyib hazırlayırıq”, - professor Tadaşi Eqami qeyd edib.
 
2012-ci ildə alimlər kosmik lifti birlikdə hazırlamaq qərarına gəliblər.
 
Ekspertlər hesab edirlər ki, kosmik lift yerüstü buraxılış qurğularından qalxan bahalı və təhlükəli raketlərə son qoyacaq. Yükün orbitə ənənəvi üsulla bir kiloqramı üçün çatdırılmasına 22 min dollar xərclənirsə, kosmik liftlə bunu 200 dollara etmək mümkün olacaq.
 
Lift vasitəsilə kiçik raketlərin yerini dəyişməsi Yerin cazibə qüvvəsini dəf etmək üçün lazım olan yanacağa xeyli qənaət etməyə imkan verəcək. Bundan başqa, kosmik lift Yerə ucuz günəş enerjisi çatdırmaqla enerji problemlərini həll etməyə kömək edəcək. Bu üsulla kosmosa radioaktiv tullantıları da göndərmək mümkün olacaq.
 
Həmçinin lift kosmik turizmin inkişafına xidmət edəcək. Yaponiya alimlərinin üzərində çalışdıqları kabinələr 30 nəfərlik tutuma malik olacaq, - " www.hi-news.ru” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL