Yerli mobil operator yaxın zamanda bazara yeni xidmətlər təqdim etməyə hazırlaşır
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti yaxın zamanda bazara yeni xidmətlər təqdim etməyə hazırlaşır.
Şirkətin icraçı direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Bakcell”in maliyyə servislərinin inkişafı üzrə strategiyası mövcuddur.
“Bu strategiyaya uyğun olaraq biz mobil platforma üzərində yeni maliyyə xidmətlərinin hazırlanması istiqamətində işlər aparırıq və yaxın zamanda öz abunəçilərimizə bu xidmətləri artıq təqdim edəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, şirkət Mərkəzi Bankın prosedurlarına uyğun şəkildə təqdim etmək üçün maliyyə xidmətlərinin dərindən təhlili ilə məşğul olurdu.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL