ABŞ-da istehlakçılar ən yaxşı fərdi kompüterləri təyin ediblər
Kompüter bazarında eniş mərhələsinin başa çatmasına baxmayaraq, istehlakçıların bu məhsula “sevgisi” azalır.
ABŞ istehlakçıların məmnunluq indeksinin (American Customer Satisfaction Index, ACSI) növbəti hesabatı “Apple” fərdi kompüterlərinin liderliyini sübut edib. Hesabatın müəllifləri "alma" qurğularına məmnunluq dərəcəsini 84 bal qiymətləndiriblər. 2013-cü ildə bu göstərici 3 bal çox olub.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, amerikalıların sevimli brendləri reytinqində 76 bal toplamış “Dell” və “Acer” şirkətləri “Apple”ın ən yaxın izləyiciləridir. “Dell”in ötənilki göstəricisi 79, “Acer”də 77 bal olub.
“Hewlett-Packard” (HP) bir ildə xeyli geriləyib: “ACSI” müəlliflərinin versiyasına görə, şirkətin kompüterlərinin məmnunluq reytinqi ötən illə müqayisədə 6 bal azalaraq 74 olub. Nəticədə “HP” yalnız “Apple”, “Dell” və “Acer”dən deyil, həm də Yaponiyanın “Toshiba” şirkətindən geri düşüb.
İstehlakçıların yüksək məmnunluğu həmişə yüksək satışlarla uyğun gəlmir, amma ənənəvi yüksək keyfiyyət və satışdan sonrakı dəstək kimi amillər “Apple”ın xeyrinədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL