Mobil operator yeni açılan mərkəzinə 7 gün ərzində gələn hər yüzüncü abunəçiyə smartfon hədiyyə edəcək
Bu gün "Bakcell" şirkəti iki yeni Müştəri Xidmətləri Mərkəzinin açılışını və yeni "Alov" smartfonlarının təqdimatını keçirib.
Ü.Hacıbəyov 48, ünvanında, Sahil Bağının yanında yerləşən bu iki mərkəzdən biri xüsusi olaraq "Gold" tarifində olan abunəçilər üçün nəzərdə tutulub. Burada "Bakcell"in korporativ abunəçilərinə tam çeşiddə xidmətlər təqdim olunacaq. Şirkətin əvvəllər Nizami 103, ünvanında yerləşdiyi Müştəri Xidməti Mərkəzi abunəçilərin yaddaşında "sahil ofisi" kimi qalan "Bakcell" şirkətinin yenidən qurulan mərkəzinə köçürülüb. Bu mərkəz həm də "Bakcell"in ən böyük Müştəri Xidmətləri Mərkəzi olacaq. Şirkətin yeni açılan mərkəzinə 7 gün ərzində gələn hər yüzüncü abunəçiyə yeni "Alov" smartfonu hədiyyə ediləcək.
Şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib ki, yenidən "Bakcell"in doğma ofisində olmaqdan məmnundurlar: "Biz xidmət şəbəkələrimizi genişləndiririk. Bir neçə ay əvvəl Şəki şəhərində də mərkəzimizin açılışını etdik. "Bakcell"in baş ofisi uzun illər "Sahil" metrosunun yaxınlığında yerləşib və müştərilərimiz də buna alışıblar. İndi biz öz tarixi ofisimizə qayıtmışıq. Müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək üçün var qüvvəmizlə çalışırıq" "Bakcell"in satış üzrə baş direktoru Fedja Hadzic tədbir iştirakçılarına yeni "Alov" smartfonu barədə məlumat verib:
"Yenicə istifadəyə verilmiş "Alov" smartfonları bu gün Azərbaycan bazarında olan ən yaxşı smartfondur. Smartfonun qiyməti də müştərilər üçün sərfəlidir. "Bakcell" "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq müştərilərinə ən keyfiyyətli xidməti göstərməyə çalışır".
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL