waplog

“Cisco” yeni şirkət almaq niyyətindədir


“Cisco” şirkəti yarımkeçirici yaddaş qurğuları və alətləri üzərində işləyərək intellektual mülkiyyət obyektlərini istehsal edən “Memoir Systems” şirkətini satın almaq niyyətindədir.
 
Bu qurğular ASIC sxemi əsasında sürəti artırılmış  şəbəkə kommutatorları yığmağa imkan verir.
Hazırda məlumat emalı mərkəzləri üçün kommutatorlar bazarında yüksək sıxlığa malik olan portlara və daha sürətli məlumat ötürməyə ehtiyac var.

“Memoir”in texnologiyaları ASIC üçün yaddaş problemini həll etməyə imkan verir. Bu şirkət yaddaşa çıxış sürətini 10 dəfəyədək artıran və resursların həcmini azaldan proqram təminatı patentinə malikdir.
 Portların sıxlığının və sürətinin artırılması son dərəcə vacibdir, çünki 10 Gbit/s sürətdən 40 və 100 Gbit/s-dək sürəti təmin edir.
“Memoir Systems” satınalınması prosedurunun 2015-ci ilin birinci rübündə başa çatacağı gözlənilir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL