Avropa bankları polislə sıx əməkdaşlıq edəcək
Avropa banklarının nümayəndələri Avropa İttifaqının “Avropol” Polis Xidməti ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd maliyyə idarələri və Avropanın hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
Avropa Bank Federasiyası (EBF) və “Avropol” yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) imzaladığı saziş iki təşkilat arasında məlumat mübadiləsini sadələşdirəcək. Sazişə əsasən, polislər banklara kiberməkanda təhlükələrdən uğurlu mühafizə üçün lazımi məlumatları ötürəcək. Həmçinin maliyyə qurumları “Avropol”a kibercinayətkarlıq və maliyyə cinayətləri ilə bağlı təhqiqatların aparılması çərçivəsində öz məlumat bazalarına çıxışı təmin edəcək. Bu barədə “Avropol”un rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Gözlənilir ki, iki təşkilat arasında əməkdaşlıq müsbət nəticələr verəcək. “EBF” Aİ ərazisində iri maliyyə müəssisələrinin maraqlarını təmsil edir, “Avropol” qitədə kibercinayətkarlıqla mübarizə şöbələrinin işini koordinasiya edir. Banklar tərəfindən təhlükəsizlik tədbirlərinin xeyli gücləndirilməsinə baxmayaraq kibercinayətkarlar istifadəçilərin maliyyə məlumatlarını oğurlamaqda davam edir.
“EC3” rəhbəri Troels Ertinqin sözlərinə görə, hər iki təşkilat maliyyə sektorunda təhlükəsizliyin yaxşılaşdırılması məqsədilə qarşılıqlı əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib. İmzalanan sənəd banklar və polis arasında etimad münasibətlərini müəyyən edir, eləcə də kibercinayətkarların fəaliyyətini çətinləşdirir.
“EBF”-in baş direktoru Vim Miyis bildirib ki, təşkilat üzvləri buna qədər öz dövlətlərinin polisləri ilə əməkdaşlıq ediblər. İmzalanan sazişlər bank və polis arasında qarşılıqlı fəaliyyəti beynəlxalq səviyyəyə qaldırmağa imkan verəcək. Cinayətkarların sərhəd tanıması səbəbindən maliyyə təşkilatları və hüquq-mühafizə orqanları arasında beynəlxalq əməkdaşlıq əhəmiyyət kəsb edir.
Cari ilin sentyabrında “Avropol” kibercinayətkarlıqla mübarizə üzrə “J-CAT” (Joint Cybercrime Action Taskforce) adlı yeni qrup təsis edib. Böyük Britaniya Milli Kriminal Agentliyinin (NCA) direktor müavini Endi Arçibaldın rəhbərlik edəcəyi “J-CAT” qrupuna digər qurumlarla yanaşı, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB), Böyük Britaniya Milli Kriminal Agentliyi (NCA), Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3) və “EU Cybercrime Taskforce” qrupunun Avropa bölməsi daxildir.
“J-CAT” informasiya texnologiyaları (İT) sahəsində hazırkı təhdidlər ilə bağlı beynəlxalq təhqiqatların əlaqələndirilməsi, haker fəaliyyəti, o cümlədən “Troyan” proqram təminatı, “Botnet” və onlayn fırıldaqçılıq hallarının fəallığına aid vəziyyətin monitorinqi ilə məşğul olacaq, - "SecurityLab ” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL