waplog

Günəş batareyaları ilə işləyən avtomobil 500 km-dən çox məsafəni qət edib


“Agence France-Presse” yazır ki, günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 km məsafəni qət edib.

Qeyri-adi avtomobil insanların marağına səbəb olub. İstehsalçılar bildirir ki, sürücülər maşının şəklini çəkərkən tez-tez tıxac yaranıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Stella” avtomobili tam enerji ilə 800 kilometr məsafəni qət edə bilir. Avtomobil saatda orta hesabla 70 kilometr sürətlə hərəkət edir, maksimal sürəti saatda 120 km-dir. Maşın Hollandiyanın “Solar Team Eindhoven” komandası tərəfindən hazırlanıb.
 
“Stella” avtomobili üçün günəş batareyalarının qiyməti 2600 avro məbləğindədir. Maşının korpusunda alüminium və karbon lifi materiallarından istifadə edilib. Buna görə avtomobilin çəkisi təxminən 380 kiloqram təşkil edir.
 
Mühəndislər hələ Eyndhoven Texniki Universitetində təhsil alarkən günəş batareyaları ilə işləyən avtomobilin yaradılması ilə məşğul olmağa başlayıblar. Komanda sentyabrın birinci yarısında ABŞ-ın Detroyt ştatında 21-ci Beynəlxalq intellektual nəqliyyat sistemləri konqresində maşını nümayiş etdirib.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL