waplog

Naxçıvan MR-də informasiya və rabitə xidmətlərinin həcmi 2 faiz artıb


Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi növbəti dəfə informasiya və rabitə xidmətlərinin  həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin  həcmi 31 milyon 53 min manatdan çox olub. Bu da 2013-cü ilin müvafiq  dövrü ilə müqayisədə 2 faiz çoxdur.
 
Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 26 milyon 224 min manatı ötməklə bir il öncəki göstəricini 0,9 faiz üstələyib.

 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL