Dünyada şirkət əməkdaşları daha çox mobil işə üstünlük verir
“Oracle” şirkətinin qlobal tədqiqatına əsasən, dünyada şirkət əməkdaşları daha çox mobil işləməyə üstünlük verir. Lakin əksər təşkilatlar hələ indi-indi mobil işi mənimsəməyə başlayıb. Araşdırmanın nəticələrindən o da məlum olub ki, işəgötürənlər mobil işdə iştirak və rəhbərlikdən yayınmaqla biznesi riskə atır, şirkətləri mobil texnologiyaların tətbiqi ilə bağlı inteqrasiya problemləri və təhlükəsizlik təhdidləri ilə üz-üzə qoyurlar. “Oracle” şirkət rəhbərlərini mobil işin qarşısını almamağa və biznesin tələblərinə uyğun təhlükəsiz iş üsullarını təmin etməyə çağırır.
Araşdırma nəticələrinə görə, dünyada şirkət əməkdaşları mobil iş konsepsiyasına yiyələnir. Belə ki, respondentlərin 68 faizi bildirib ki, mobil və çevik iş onların xoşuna gəlir. Rəyi soruşulanların yarısından çoxu (53 faiz) hesab edir ki, mobil və çevik iş onların məhsuldarlığını artırır.
Bununla yanaşı, əməkdaşlar qeyd edir ki, onların işəgötürənləri mobillik konsepsiyasına həvəssiz yanaşır, onların bəziləri isə hətta şirkətlərdə fəal şəkildə mobil texnologiyalardan istifadənin qarşısını almağa çalışırlar. Rəyi soruşulanların yalnız 24 faizi qeyd edib ki, onların işəgötürənləri aktiv şəkildə mobil işi dəstəkləyir. Respondentlərin 21 faizi onların işəgötürənlərinin əməkdaşların mobil telefonlardan çıxış imkanı əldə edə biləcək əlavə və məlumatları məhdudlaşdırmağa çalışdığını vurğulayıb.
İşəgötürənlər arasında məsələ ilə bağlı ruh yüksəkliyinin olmamasına baxmayaraq tədqiqatın nəticələri onu da sübut edib ki, mobil işin məhdudlaşdırılması bəzən səmərəsiz olur və əməkdaşlar şəxsi təşəbbüsləri ilə iş üçün mobil həllərdən istifadə etməyə başlayırlar.
Maraqlıdır ki, respondentlərin yalnız 18 faizi onların çalışdıqları şirkətlərin mobil qurğular vasitəsilə yerinə yetirilən əməliyyatlara effektiv nəzarət etdiyini bildirib. Rəyi soruşulanların 15 faizi qeyd edib ki, onlar işəgötürənin köməyi və ya iştirakı olmadan iş üçün mobil qurğulardan istifadə imkanı tapıb. Respondentlərin yarıdan çoxu (56 faiz) vurğulayıb ki, onların işi iki il əvvəlkindən daha çox mobil olub. Rəyi soruşulanların 40 faizinin fikrincə, yaxın iki ildə mobil texnologiyalar onların işinin ayrılmaz hissəsinə çevriləcək, - " www.cnews.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL