İsveçdə musiqi alətləri 3D printerin köməyi ilə çap edilmiş qrupun birinci konserti olub
Ehtimal ki, 3D printerlər hələ ki tezliklə populyarlaşmayacaq, ancaq onların tətbiq dairəsi daima genişlənir. “Engadget” portalı yazır ki, İsveçdə musiqi alətləri 3D printerdə çap edilmiş qrupun birinci konserti olub.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Lundsk Universitetinin professoru Olaf Diqel layihənin müəllifidir. Diqel 1990-cı illərdən 3D çapla əlaqədar layihələrlə məşğuldur, son iki ilini musiqi alətlərinin hazırlanmasına sərf edib. Nəticədə o, qeyri-adi formalı bir neçə gitara, baraban və sintezator yaradıb. Qrupun iştirakçıları universitet tələbələridir.
Diqel bildirib ki, 3D çap texnologiyası sayəsində o, alətlərə qeyri-adi forma verməyə nail olub və bu, alətlərin səslənmə keyfiyyətinə təsir göstərməyib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL