BDU-da elektron mikroskop yaradılacaq
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov "Tokio Boeki" şirkətinin Rusiya üzrə kommersiya direktoru T.Tavabe, Ukrayna ofisinin rəhbəri A.Şpak və aparıcı mühəndisi V.Tinkov, Yaponiyanın "JEOL" şirkətinin Rusiya ofisi üzrə baş direktoru H.Tatsumi, "Nikon" şirkətinin Avropa üzrə prezidenti Cənab S.Eimori və baş meneceri A.Vakamiya ilə görüşüb.
Görüşdə universitetin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə yeni cihaz və avadanlıqların alınması məsələləri müzakirə olunub və BDU əməkdaşlarının vaxtaşırı adıçəkilən şirkətlərin treninqlərində iştirakı xüsusilə qeyd edilib.
Eyni zamanda, universitetdə elektron mikroskopun yaradılması məqsədilə "Tokio Boeki" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb, "Nikon" şirkəti ilə ilkin razılığa gəlinib.
Qonaqlar sonra NANO araşdırmalar mərkəzi və digər elmi-tədqiqat laboratoriyalarında olublar.
Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanlı və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova iştirak ediblər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL