waplog

İnternet mağazalarının gəlirinin yalnız 4%-i mobil istifadəçilərin payına düşür


Müasir mobil qurğuların funksionallığı internet üzərindən məhsul alış-verişini sürətli və rahat etməyə imkan verir. Bu halda insanlar tez-tez bu imkandan istifadə edirlər.
 
“Monetate” marketinq şirkətinin məlumatına görə, 2014-cü ilin ikinci rübündə smartfonlar tərəfindən generasiya edilən veb-trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 120% artıb. Planşet istifadəçilərinin onlayn alış-verişdə aktivliyi 35% artıb, halbuki masaüstü kompüter seqmentində nə artım, nə də azalma qeydə alınmayıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyunun sonunda elektron ticarət bazarında generasiya olunan veb trafikin 16%-i mobil qurğuların payına düşüb, amma onlayn-mağazaların gəlirinin 4%-i cihaz istifadəçilərinin payına düşür. Bundan başqa, masaüstü kompüterlərlə müqayisədə mağazaların mobil müştəriləri heç nə satın almadan 50% daha çox virtual vitrinlərə baxırlar.
 
"Mobil ticarətin trafiki kəskin artır, çünki daha çox istehlakçı mobil cihazın köməyi ilə onlayn alış-verişin rahatlığını başa düşür – “Monetate” şirkətinin direktoru Lyusinda Dunkalf deyib.
 
2013-cü ildə istifadəçilərin öz smartfon və planşetlərin köməyi ilə etdikləri alış-verişin həcmi 182 milyard dollar təşkil edib ki, bu da qlobal elektron ticarətin 15%-nə uyğundur. Dörd il sonra bu göstərici 30% təşkil edəcək.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL