waplog

“Acer” rəhbəri: planşetlərin təsir gücü azalır


“Acer” şirkətinin İdarə heyətinin sədri Cey Ti Vanq bildirib ki, yaxın vaxtlara qədər internet planşetlər mobil kompyuter bazarına kifayət qədər əhəmiyyətli təsir göstərirdi, lakin artıq indi bazarda planşetin təsir gücünün azalmasından xəbər verən tendensiya müşahidə edilir.

Onun sözlərinə görə, istehlakçılar getdikcə daha çox portativ noutbuklarla maraqlanırlar və bu işdə müəyyən xidmət bu yaxınlarda ultrabuk konsepsiyasını təqdim etmiş “İntel” şirkətinə, həmçinin növbəti ildə “Windows 8” əməliyyat sisteminin çıxarılmasına hazırlaşan “Microsoft” korporasiyasına aiddir.

Vanq bildirib ki, onun şirkəti artıq cari ilin sentyabr ayında 799 dollar qiymətinə olan ilk ultrabuk çıxarmaq niyyətindədir.

Həmçinin o qeyd edib ki, “Acer” şirkəti yaxın günlərdə istifadəçilər arasında sorğu aparıb və sorğu nəticəsi kimi istifadəçilərin ultrabuklara marağının yüksək olması aşkar edilib.

Məlumat üçün qeyd edək ki, “Dell”, “Toshiba”, “Lenovo” və “Hewlett-Packard” şirkətləri də həmçinin 2011-ci ilin dördüncü rübü və ya 2012-ci ilin birinci rübündə bazarda öz ultrabuk modellərini təqdim etmək niyyətindədirlər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL