BMT-nin İnkişaf Proqramının rəhbəri: “Azərbaycan İKT sahəsində ciddi nailiyyətlər əldə edib”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində təşkilatın İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə görüşüb.
Görüş əsnasında H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, yaxın vaxtlarda Azərbaycana olacaq səfərinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib.
Nazir Elmar Məmmədyarov xanım H.Klarkın Azərbaycana səfərinin BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından zəruri olduğunu bildirərək əlavə edib ki, ölkəmiz humanitar və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq üçün yardıma ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə yardım etmək məqsədilə AİDA (Azerbaycan International Development Agency) təşkilatını yaradıb və inkişaf etməkdə olan donor ölkə statusu qazanıb. O, indiyədək Latın Amerikası, Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar yardımdan bəhrələndiyini diqqətə çatdırıb.
H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL