Yeni radar polislərə sükan arxasında SMS yazan sürücüləri saxlamağa imkan verəcək
ABŞ-ın “ComSonics” şirkəti polislərə uzaq məsafədən sükan arxasında SMS yazan sürücüləri müəyyən etməyə imkan verəcək qurğu yaradıb. Bu barədə “The Daily Mail” nəşri məlumat verib.
Qurğu xarici görünüşünə görə adi radardan seçilmir və onun iş prinsipi çətin deyil: cihaz SMS göndərilən zaman telefonu şüalandıran xüsusi tezlik radiodalğalarını müəyyən edərək ekrana daxil edir və bundan sonra polisə yalnız sürücünü saxlamaq və ya onun avtomobilinin nömrəsini yazmaq qalır.
Növbəti ildə satışa çıxarılması planlaşdırılan yeni radar SMS-i məhz kimin – sürücü və ya sərnişinin yazmasını da müəyyən edir. Bu, polisə qaydanı pozanları saxlamağa və onları cərimə etməyə imkan verəcək. Radardan istifadənin başlanmasını yubadan amillərdən biri sürücünün telefonundan trafikin izlənməsinin şəxsi həyata müdaxilə olub-olmaması ilə bağlı olan məsələdir. Xatırladaq ki, alimlər sübut ediblər ki, avtomobili idarə edərkən SMS bildirişin yazılması reaksiyanı xeyli zəiflədir, eləcə də yolunun trayektoriyasının dəyişdirilməsi və toqquşma ehtimalını iki dəfə artırır, - “www.vokrugsveta.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL