Aviaşirkətlərə təyyarə göyərtəsində mobil qurğulardan istifadəyə icazə verilib
Avropa Aviasiya Təhlükəsizlik Agentliyi uçuş zamanı mobil telefonları və digər elektronika qurğularını işə salınmış vəziyyətdə qoymağa icazə verib.
Agentlik nümayəndələri qeyd ediblər ki, bu növ elektronika qurğuları uçuşun təhlükəsizliyinə təhdid törətmir. Hazırda sərnişinlər uçuşdan əvvəl ya telefonlarını söndürməli, ya da onları mobil rabitəni nəzərdə tutmayan xüsusi rejimə keçirməlidirlər.
Bununla belə, agentlik bildirir ki, aviaşirkətlərin hamısı təyyarə göyərtəsində elektron qurğulardan istifadənin nə dərəcədə təhlükəli olmasını özü qiymətləndirməli və mobil qurğuların siqnallarının hava gəmisinin iş sisteminə təsir etməməsinə əmin olmalıdır.
Bunun nəticəsində bir sıra aviaşirkətlərdə yeni qaydaların tətbiqi yubana bilər.
Agentlik nümayəndələri onu da əlavə ediblər ki, ayrı-ayrı aviaşirkətlər təyyarə göyərtəsində mobil qurğulardan istifadə üzrə öz qaydalarını tətbiq edə bilər, - "BBC” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL