Azərbaycan “Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi” üzrə İdarəetmə Komitəsinin iclasında təmsil olunub
Danimarkanın paytaxtı Kopenhagen şəhərində "Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti - Ətraf Mühit İnformasiya Sistemi (ENPI-SEIS) layihəsi" üzrə İdarəetmə Komitəsinin 5-ci iclası keçirilib.
Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iclasda Cənubi Qafqaz, Belarus, Moldova və Ukraynanın statistika və ekologiya orqanlarının əməkdaşları, eləcə də ENPI-SEIS-in Cənub regionu ölkələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycanı bu tədbirdə Dövlət Statistika Komitəsi Aparatının Kənd təsərrüfatı və ekologiya statistikası şöbəsinin Ekologiya, meşə təsərrüfatı və balıqçılıq statistikası sektorunun müdiri Rəna Lazımova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Rəşad Allahverdiyev təmsil edib.
Ekoloji informasiya üzrə birgə sistemin yaradılmasına dair "Avropa Qonşuluq və Əməkdaşlıq Siyasəti layihəsi"nin məqsədi monitorinq və ətraf mühitin vəziyyətinin təhlilini aparan, eləcə də müvafiq göstəricilərə əsaslanan ekoloji hesabatları hazırlayan, ekologiya sahəsində fəaliyyət göstərən təşkilatların, statistika və digər orqanların potensialının artırılmasından ibarət olub. İclasda ayrı-ayrı ölkələrin xüsusiyyətləri və tələbatları nəzərə alınmaqla Şərq və Cənub regionları üçün ayrıca qruplar təşkil edilib və tədbir iştirakçıları həmin qruplarda işi davam etdirib. Şərq regionu ölkələri qrupuna daxil olan Azərbaycan və digər ölkələrin nümayəndələri tərəfindən layihə çərçivəsində son bir ildə görülən işlər haqqında məlumat verilib. Azərbaycan nümayəndələri qeyd ediblər ki, Dövlət Statistika Komitəsi tərəfindən ekologiya statistikası üzrə göstəricilərin SDMX formatında metaməlumatlar sistemi yaradılıb və komitənin rəsmi internet səhifəsində yerləşdirilib.
BMT-nin Avropa İqtisadi Komissiyasının "Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr"i əsasında "Azərbaycan Respublikasının ekoloji göstəricilər sistemi"nin hazırlanaraq "Dövlətstatkom"un və BMT-nin Statistika Şöbəsinin (https://unstats.un.org/unsd/dnss/SearchResults.aspx) internet səhifələrinə, ENPI-SEIS layihəsi üzrə tələb olunan 8 göstərici barədə geniş məlumatların xüsusi bölmə kimi Azərbaycan və ingilis dillərində "Dövlətstatkom"un internet səhifəsinə daxil edilməsi kimi mühüm işlərin yerinə yetirildiyi də iştirakçıların diqqətinə çatdırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL