waplog

Rusiya yeni rəqəmli rabitə sistemi yaradıb


Rusiyanın Omsk Elmi Tədqiqat İnstitutu ölkənin Daxili İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin rabitə ehtiyaclarını ödəmək məqsədi ilə yeni qapalı rəqəmli radiorabitə sistemi yaradıb.
 
“ICTnews” –un “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu sistem peşəkar mobil radiorabitə sistemlərinin yaradılmasında idxal əvəz etmə məsələlərini həll etməyə imkan verəcək.


Bu layihə çərçivəsində Elmi Tədqiqat İnstitutu 2011-ci ildə “Rohde &Schwarz” şirkəti ilə tərəfdaşlıq və əməkdaşlıq haqda müqavilə imzalayıb. Müqaviləyə əsasən, Almaniya istehsalı olan TETRA standartlı infrastruktur avadanlıqlarının təchizatı və tərtibatı nəzərdə tutulur.
 
 Bundan başqa,  2012-ci ildə “Funkwerk” şirkəti ilə TETRA standartlı sistemlər üçün nəzərdə tutulmuş partlayışa dayanıqlı “Yantar-T İP” portativ rəqəmli mobil radiostansiyaların istehsalı ilə bağlı müqavilə imzalanıb.
 
“Baza stansiyasının əsas rəqabətli xüsusiyyəti operativ-axtarış tədbirlərinin aparılması üçün tələblərə cavab verməsidir, bu da proqram təminatının ilkin kodunun ötürülməsi ilə təmin edilir. Bu cür avadanlıqların sifarişçiləri üçün bu çox vacibdir”, – deyə rusiyalı mütəxəssislər qeyd ediblər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL