“BlackBerry” 200 mindən çox “Passport” smartfonu satıb
Kanadanın “BlackBerry” şirkətinin nümayəndəsi bəyan edib ki, artıq ötən həftə satışa çıxarılmış qabaqcıl “BlackBerry Passport” smartfonunun 200 min nüsxəsini satıb. Hazırda sözügedən smartfon yalnız ABŞ-da və Kanadada satılır və qiyməti 600 dollar təşkil edir.
“BlackBerry”nin baş direktoru Con Çen bildirib ki, “Passport” smartfonu şirkətin saytında 6 saata və “Amazon.com” saytında 10 saata satılıb. Xatırladaq ki, “Passport” smartfonu ötən həftənin cümə axşamı satışa çıxarılıb. Kanada şirkəti öz yeni qurğusunu “iPhone 6” və “6 Plus” smartfonlarına cavab kimi qələmə verir. Müqayisə üçün, üç gün ərzində “Apple”ın yeni smartfonlarının satış həcmi 10 milyonu ötüb.
"ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Passport” smartfonu Con Çenin şirkətin baş direktoru vəzifəsinə gəlişindən bəri “BlackBerry”nin birinci yeni qurğusudur. Çen “BlackBerry”nin yeni baş direktoru vəzifəsinə 11 ay bundan əvvəl təyin edilib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL