ABŞ korporasiyası Çinin antiinhisar orqanları ilə əməkdaşlıq edəcək
“Microsoft” korporasiyasının rəhbəri Satya Nadella Çin hakimiyyəti ilə antiinhisar araşdırması çərçivəsində əməkdaşlıq edəcəyini bildirib. O, bu barədə Çin Dövlət Sənaye və Ticarət Administrasiyasının (SAIC) rəhbəri Çjan Mao ilə görüşdən sonra deyib.
S.Nadella korporasiyanın Çinin tənzimləyici orqanının istədiyi bütün informasiyanı vaxtında təqdim edəcəyini qeyd edib. O, görüşdə ümidvar olduğunu bildirib ki, Çin hökuməti araşdırmanı düzgün və şəffaf aparacaq.
Korporasiya rəhbəri vurğulayıb ki, Çin hakimiyyətinin üsulları həm yerli, həm də xarici şirkətlərin inkişafı üçün əlverişli şərait yaratmağa kömək edib.
Öz növbəsində Çjan Mao araşdırmanın qərəzsiz və şəffaf təşkil olunacağına söz verib. Qeyd olunub ki, idarə korporasiyanın sorğularını və araşdırma ilə bağlı təkliflərini alqışlayır.
“Microsoft” nümayəndələri görüşün yekunları ilə bağlı şərh verməkdən imtina edərək Çin qanunlarına əməl etməyə ciddi yanaşdıqlarını bəyan ediblər. Korporasiya “SAIC”-a sorğu və təkliflərini aktiv göndərmək niyyətindədir.
Qeyd edək ki, avqustun sonunda Çinin antiinhisar xidmətlərinin ABŞ-ın “Microsoft” korporasiyası və onun məhsulları “Internet Explorer” brauzeri və "Windows Media Player” pleyeri ilə bağlı araşdırma aparmağa başlaması məlum olub.
O zaman Ç.Mao “Microsoft”un istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib, - “RBK www.rbc.ru” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL