waplog

Azərbaycanın Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi marağa səbəb olub


Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Dünya Bankı tərəfindən təsis edilən və Mərkəzi Asiya və Şərqi Avropanın 22 ölkəsinin üzv olduğu PEMPAL Proqramının Xəzinədarlıq Cəmiyyətinin sədri seçilib.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, 2005-ci ildə təsis olunan PEMPAL proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır.
 
Proqram çərçivəsində keçirilən tədbirlər zamanı Azərbaycanın Maliyyə Nazirliyində son dövrdə aparılan islahatlar, həmçinin Xəzinədarlığın İnformasiya İdarəedilməsi Sistemi və FARABİ Sistemi (büdcə təşkilatları üçün mərkəzləşmiş mühasibat proqramı) çox yüksək qiymətləndirilib və böyük marağa səbəb olub.
 
Hazırda Dövlət Xəzinədarlığı Agentliyində büdcə təşkilatlarına göstərilən elektron xidmətlər genişləndirilir və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsi ilə sənəd dövriyyəsinin təşkili üzrə pilot layihələr uğurla başa çatdırılır.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL