ARDNŞ-in insan resursları portalının tətbiqinə dair təlimlərə başlanılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları portalının tətbiqinə dair təlimlərə start verilib.
Şirkətdən verilən məlumata görə, sentyabrın 26 və 29-da İnsan Resursları Departamentinin inzibati binasında ARDNŞ-in birbaşa tabeliyində olan kadr xidmətlərinin rəhbərlərinə bu mövzuda təlimlər keçirilib. Təlim zamanı iştirakçılara portalın məqsədini, funksionallığını və faydalarını əhatə edən slaydlar təqdim olunub, kadr xidmətlərinin üzərinə düşən funksiyalar haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, sözügedən portal vasitəsilə işçilərə tələb olunan məlumatların və rəhbəredici sənədlərin təqdim olunması ilə yanaşı, onlar elektron qaydada iş yerindən arayış alınması, məzuniyyət günləri və əməkhaqqının hesablanması kimi bir çox əməliyyatlardan da istifadə edə biləcəklər.
Bundan əlavə, işçilər özləri haqqında sistemdə olan məlumatlarla tanış olmaq və səhv olduğu halda dəyişiklik edilməsi üçün müraciət etmək, rəhbər şəxslər isə tabeçiliyində olan işçilər haqqında istənilən məlumatla tanış olmaq imkanı qazanacaqlar. Portal işçilərə şəxsi məlumatlarını daxil etmədən ARDNŞ üzrə elan olunmuş vakansiyalara da müraciət etmək üçün şərait yaradacaq.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL