waplog

"Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edildi


"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edir.

"Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək.
Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.
 
Müsabiqənin məqsədi və vəzifələri:

- Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;

- “Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq;

- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;

- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;
 
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

- “Elektron hökumət” nədir?

- “Elektron hökumət” portalına nə üçün ehtiyacımız var?

- Ölkənizdə “Elektron hökumət” necə fəaliyyət göstərir?

- “Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları “Elektron hökumət” portalından (http://www.e-gov.az), eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL