waplog

İnformasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi tədqiqat işləri aparılır


AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 1 saylı şöbəsində iki əsas - informasiya texnologiyaları və informasiya cəmiyyəti istiqamətlərində elmi tədqiqat işləri aparılır.
 
 
İlk növbədə böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması  problemləri istiqamətində “Big Data” problemlərinin tədqiqi və analizi mövzusu üzrə: terminin yaranma tarixi, böyük verilənlərin yaranmasını şərtləndirən amillər, onları digər verilənlərdən fərqləndirən xarakteristikalar, 3V konsepsiyası, ənənəvi üsulların köməyi ilə emal və analiz oluna bilməyən böyük verilənlər üçün yanaşmalar, yeni nəsil texnologiyalar, alətlər, mövcud elmi-nəzəri problemlər və s. ilkin analitik təhlillər aparılır və araşdırmalar davam etdirilir.
 
 
Bu barədə şöbənin cari il üzrə 9 aylıq hesabatını təqdim edən İTİ-nin layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Məkrufə Hacırəhimova məlumat verib. İTİ-dən bildirilib ki, məruzəçi ikinci “Milli domen adlarının intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda elmi tədqiqat işi üzrə araşdırmaların yekunlaşdırıldığını və institutun elmi seminarında müzakirəyə təqdim olunduğunu qeyd edib:
 
“Elmi-innovasiya işləri çərçivəsində “e-elm” proqramı layihəsinin həyata keçirilməsi mövzusu ətrafında elm sahələrinin təsnifatlaşdırılması məsələləri üzrə YUNESKO tərəfindən ayrı-ayrı dövrlərdə qəbul olunmuş nomenklaturalar, ABŞ, Avstraliya, Yeni Zelandiya, Rusiya kimi dövlətlərin elm sahələrinin standartları araşdırılıb, e-elm mühitində elmin idarə olunması problemlərinə baxılıb və bu istiqamətdə işlər davam etdirilir. Həmçinin “Elektron sənəd dövriyyəsi texnologiyaları” ekspress informasiya kitabı hazırlanır”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL