waplog

“Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq


11-12 oktyabr tarixlərində “Startup”-ın Silikon Vadisinə gedən yolu” adlı seminar təşkil olunacaq. Qafqaz Universitetində keçiriləcək seminar “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyevin təqdimatında reallaşacaq.
 
Belə ki, 15-30 sentyabr tarixlərində “Silikon Vadisi”ndə səfərdə olan R.Əliyev öz təcrübəsini startapçı və startaplarla maraqlanan gənclərlə bölüşəcək. Seminarın mövzularına “Silikon Vadisində “Startup”-lar”, “Startup”-lar Vadidəki investorların gözü ilə”, “Haradan gəlib, hara gedirsən?”, “İstifadəçilər (traction)”, “Vadidə və digər yerlərdə böyümə”, “Vadi investorlarına nə zaman və necə müraciət etməli?”, “İnkubator və Akseleratorlar - bizdə və Vadidə” daxildir.
 
“Startup İstanbul” – “BethClip”in təcrübəsində” mövzusunu isə Nigar Mövsümlü təqdim edəcək.
 
 
Qeyd edək ki, “BethClip” layihəsi “QUTechnopark”ın təşkil etdiyi “Yeni Fikir 2014” Müsabiqəsinin qalibidir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL