“Asustek” şirkəti rüblük hesabatı elan edib
“Asustek Computer” 2011-ci ilin ikinci rübü üzrə şirkətin maliyyə nəticələrini elan edib. Qeyd olunan dövrdə “ASUS” şirkətinin göstəriciləri artıb.
“Asustek” şirkətinin xalis gəliri 2011-ci ilin birinci rübü ilə müqayisədə 5% artaraq 124 milyon ABŞ dolları olub.
“ASUS” şirkətinin əməliyyat gəliri 2011-ci ilin aprel ayından iyun ayına kimi olan müddət ərzində 146 milyon ABŞ dolları təşkil edib.
Maliyyə hesabatını şərh edərək şirkət bildirib ki, gəlirin artmasına noutbuk və planşet fərdi kompyuterlərinin təchizat həcmləri, həmçinin sistem lövhələrin istehsalı üzrə bölmənin sabit göstəriciləri imkan yaradıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL