Rəqəmli valyuta istifadəçilərinin sayı tarixi maksimum həddə çatıb
Dünyada “Bitcoin” rəqəmli valyuta istifadəçilərinin sayı 41 milyona çatıb. Bu barədə İngiltərə Bankının məlumatında deyilir. Kriptovalyutadan istifadə etməklə həyata keçirilən əməliyyatların dəqiq həcmi bilinmir, lakin analitiklərin qiymətləndirməsinə görə, ötən il onların sayı iki dəfə artıb.
Məlumata görə, dünyada “Bitcoin”dən istifadə artır. Valideynlər uşaqlarına cibxərcliyini rəqəmli valyuta ilə verirlər ki, onlar rəqəmli cəmiyyətin tamhüquqlu iştirakçısına çevrilsinlər. Braziliya kimi inkişaf etməkdə olan ölkələrin istehlakçıları valyuta məzənnəsinin dəyişməsindən özünü sığortalamaq üçün “Bitcoin”dən istifadə edirlər.
Cari ildə rəqəmli valyutanın məzənnəsinin 44 faiz azalaraq apreldə minimum 361 dollara enməsinə baxmayaraq əksər kriptovalyuta istifadəçiləri ona investisiya aləti kimi yanaşmaqda davam edir.
Ötən ay ABŞ İstehlakçıları Maliyyə Mühafizəsi Bürosu (ipoteka kreditlərində, kredit kartlarında və tələbə kreditlərində ixtisaslaşıb) virtual valyutalarla əlaqədar risklərlə - fırıldaqçılıq və müdaxilə halları ilə bağlı xəbərdarlıq edib.
Ən az 3 amil istifadəçiləri "Bitcoin”dən istifadə etməyə sövq edir. Birincisi, kriptovalyuta adi pullardan az dəyişkəndir. İkincisi, “Bitcoin”dan istifadə bazarda yer alan yeni mobil əlavələr və rəqəmli cüzdanlar sayəsində sadələşir. Üçüncüsü, hazırda “Bitcoin” istifadəçiləri mal və xidmətləri rəqəmli valyuta ilə ödəyə bilir.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspace” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL