waplog

Müdafiə Sənayesi Nazirliyinin bütün işçilərinin əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilib


Azərbaycan Müdafiə Sənayesi Nazirliyində işçilərin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi tam başa çatdırılıb.
 
 
Nazirlikdən verilən məlumata görə, müdafiə sənayesi nazirinin “Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi və bununla bağlı səlahiyyətli şəxslərin təyin edilməsi haqqında” əmri ilə bu sahə üzrə səlahiyyətli şəxslər təyin olunub.
 
Əmrə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin aparatında, eləcə də tabeli müəssisələrində çalışan işçilərin əmək müqaviləsi bildirişləri Azərbaycan  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə tam daxil edilib.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL