“Garmin” idmançılar üçün “ağıllı” saat buraxıb
“Garmin” idmançılar üçün “Forerunner 920XT” smart saatını təqdim edib. Bu haqda şirkətdən bildirilib.
“Android” smartfon və ya “iPhone” ilə əlaqələndirilmiş “Forerunner 920XT” qurğusu SMS və zənglər haqda bildirişləri göstərir, təqvimdəki qeydləri yada salır və s. Bundan başqa, “ağıllı” saatda qət edilmiş məsafə, sərf edilmiş kalori haqda informasiya görsənir. 2015-ci ilin əvvəlində bu saatlara kənar istehsalçıların tətbiqlərini quraşdırmaq imkanı olacaq. Əksər “ağıllı” saatlardan fərqli olaraq, “920XT”-də ekran sensor deyil.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, saat 50 metrədək suya enməni dəstəkləyir və velosipeddə qaçış, üzgüçülük və hərəkət zamanı fiziki aktivliyi qeydə alır. Qət edilmiş məsafənin yerini dəqiq təyin etmək üçün daxili GPS/QLONASS qəbuledicisindən istifadə olunur. GPS qəbuledici daima qoşulu olduqda avtonom iş vaxtı 24 saat təşkil edir.
Əvvəlki modellə müqayisədə saatın çəkisi daha yüngül olub: qalınlığı 12.7 mm, çəkisi 61 qr təşkil edir. ABŞ-da qurğunun qiyməti 450 dollardır. Cihaz “Windows”, “OS X”, “iOS” və “Android” platformalarını dəstəkləyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL