waplog

Avropa Komissiyası “Facebook” şəbəkəsinin "WhatsApp” messencerini 19 milyard dollara almasını təsdiq edib


Avropa Komissiyası "Facebook" sosial şəbəkəsi tərəfindən "WhatsApp" mobil messencerinin 19 milyard dollara satın alınması üzrə sazişi təsdiq edib.
 
Bundan əvvəl Avropanın tənzimləyici orqanları ABŞ yüksək texnoloji şirkətlərinin Avropada mövqeyinin möhkəmlənməsindən ehtiyat edərək potensial alışı təsdiq etməyiblər. 
 
Avropa Komissiyası iyulda "WhatsApp" və "Facebook" arasındakı sazişi antiinhisar qanunvericiliyi pozması ilə bağlı araşdırmağa başlayaraq ətraflı anketləri onlayn messencerlərin hazırlanmasında ixtisaslaşan rəqib şirkətlərə göndərib.
 
Anketdə alışın onlayn bildirişlər bazarı üçün mümkün nəticələri və fərdi məlumatlardan istifadə üzərində nəzarətlə əlaqədar problemlərlə bağlı bir sıra suallar olub.
 
"Facebook" cari ilin mayında sazişi qiymətləndirmək xahişi ilə Avropa Komissiyasına müraciət edib ki, alışın başa çatması mərhələsində regionun bir sıra ölkələrində əlavə araşdırmalara ehtiyac qalmasın. Sövdələşmə "Facebook" tərəfindən 2014-cü ilin fevralında açıqlanıb.
 
"WhatsApp" sürətli məlumat mübadiləsi servisi dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servisdən 100-dən çox ölkədə istifadə edilir. Əlavə "iOS", "Android", "BlackBerry", "Nokia S40", "Symbian" və "Windows Phone" mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırılır. Messencerdən ayda 400 milyon nəfər istifadə edir, - "www.itar-tass.com" yazır.   
 
 

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL