waplog

“Gartner”in analitikləri 2015-ci ilin İT trendlərini elan ediblər


“Gartner” tədqiqat şirkəti 2015-ci ildə gözlənilən əsas texnologiya trendlərinin siyahısını tərtib edib.

1. Hər yerdə əlçatan olan kompüter hesablamaları. İnternetə daxil olmaq və nə vaxtsa yalnız fərdi kompüterlərə məxsus funksiyalardan istifadə etmək müxtəlif formaya, ölçüyə və istifadəçilərlə qarşılıqlı əlaqə üsullarına malik qurğulardan mümkün olacaq.

2. "Əşyaların interneti". Analitiklər şirkətlərə minlərlə dollara qənaət etməyə imkan verən datçik və müxtəlif növ IP cihazlardan istifadəyə diqqət yetirməyi məsləhət görür.

3. 3D-çap. Bu texnologiya 1984-cü ildən mövcuddur, amma yalnız indi kütləviləşməyə başlayıb. Mütəxəssislər əmindirlər ki, həcmli əşyaların  yaradılması bir çox müəssisələr üçün gərəkli olacaq. “Gartner”in qiymətləndirməsinə görə, 2013-cü ildə istehlakçılar 3D-printerlərə təxminən 87 milyon dollar xərcləyiblər. Korporativ sektorda müvafiq xərclər 325 milyon dollar təşkil edib.

4. Analitika. Məlumatların təhlili biznesin kommersiyalaşmasını genişləndirir, istifadəçilərin maraq və tələblərini nəzərə alan xidmətlərin tətbiqinə imkan verir.

5. Kontekst sistemləri. İstifadəçilər haqda (onların seçimi, yeri, sosial əlaqələr və s.) informasiya toplamaqla müxtəlif fəaliyyət sahəsi ilə məşğul olan şirkətlər üçün geniş imkanlar açaraq qabaqcıl və məqsədyönlü sistemlər yaratmaq olar.

6. "Ağıllı" maşınlar. “Gartner” şirkəti avtonom idarəetməyə malik yük maşınlarından istifadə edən “Rio Tinto Group” dağ-metallurgiya şirkətini nümunə kimi göstərib. Bir çox avtomobil istehsalçıları sürücüsüz maşınların hazırlanması ilə məşğuldur, ancaq tezliklə onların kütləvi yayılması gözlənilmir.

7. Bulud hesablamaları. Beynəlxalq şirkətlərin biznes proseslərinin təşkilində “bulud” xidmətlərinin rolu daima artır.

8. Proqramla müəyyən edilən əlavələr və infrastruktur. “Gartner”in analitiki Devid Kirl bildirib ki, informasiya sistemləri sabit elementlərlə sərt kodlaşdırılmış mühitdə işləyə bilməz. İnformasiya sistemlərinə dinamik formalaşdırılan infrastruktur lazımdır.

9. İnternet yönümlü İT bazarı. Kommunikasiyaların inkişafı və internetləşdirmə şirkətləri fəaliyyətinin bir hissəsini şəbəkəyə yönəltməyə sövq edir.

10. Təhlükəsizlik. Analitiklər yüksəldilmiş diqqət informasiya təhlükəsizliyinin təminatı texnologiyalarını gözləyirlər, xüsusilə böyük banklarda və başqa şirkətlərdə məlumatların böyük itkiləri haqqında xəbərlərin fonunda.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL