“AzeriCard” biznesin artımını təmin edən yeni “IBM” həlli tətbiq edib
“IBM” korporasiyasının Şərqi Avropa və Asiya bölümü “AzeriCard” prosessinq mərkəzinin İT infrastrukturunu modernləşdirib.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yeni tətbiq prosessinq mərkəzinə gündəlik bank prosedurlarının keçirilməsinə sərf edilən vaxta qənaət edilməsinə və daimi artan müştəri axını tranzaksiyaların emalı üçün platformanı təmin etməyə imkan verir.
Yeni bazarlara çıxışı və keçirdiyi əməliyyatların həcminin sürətli artımı ilə bağlı “AzeriCard” etibarlı və asan genişləndirilən infrastrukturda ehtiyacı var idi ki, mərkəzin biznes məqsədlərinə uyğun gəlsin. Mərkəzin qarşısında duran əsas məqsədlər arasında aramsız artan bank kartlarına xidmət göstərmək, onlayn servislərin işini təmin etmək və gündəlik əməliyyat prosedurlarına sərf edilən vaxtı azaltmaqdır.
Müxtəlif təkliflərlə tanış olaraq “AzeriCard”ın İT departamenti “IBM FlashSystem 840” sisteminə keçmək qərarını alıb.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL