“IDC”: “Apple” ilk dəfə fərdi kompüterlər bazarının liderlər beşliyinə daxil olub”
“Apple” şirkəti mədaxilinin yarısından çoxunu “iPhone” və digər mobil qurğuların satışından əldə edir, lakin “Mac” kompüterlərinin satış həcmi qlobal trendə baxmayaraq artmaqda davam edir.
Nəticədə ötən rübdə ABŞ istehsalçısı ilk dəfə dünya fərdi kompüterlər bazarının liderlər beşliyində yer alıb. Bu barədə “IDC” analitik şirkətinin 2014-cü ilin üçüncü rübü üçün hesabatında deyilir.
Məlumata əsasən, hesabat dövründə “Apple” 4 milyon 982 min müxtəlif model “Mac” kompüteri satıb ki, bu da ümumi qlobal satışın 6,3 faizini təşkil edir. Üçüncü rübdə ilin ilə nisbətində tədarük həcmi 8,9 faiz yüksəlib. Bunun sayəsində ABŞ şirkəti “Asus” istehsalçısını altıncı yerə sıxışdırmağa nail olub.
Aparıcı fərdi kompüter istehsalçıları reytinqində ilk dörd yer ənənəvi lider şirkətlər arasında bölünüb. Belə ki, Çinin “Lenovo” şirkəti 20 faizlik payla birincidir. İkinci yerdə ABŞ-ın “HP” (18,8 faiz), üçüncüdə “Dell” (13,3 faiz), dördüncüdə Tayvanın “Acer” (8,4 faiz) şirkəti qərarlaşıb. Ümumilikdə sahə üzrə satış həcmi ekspertlərin gözlədiyindən yaxşı olub. 2013-cü ilin üçüncü rübü ilə müqayisədə azalma proqnozlaşdırılan 4,1 faiz əvəzinə 1,7 faiz təşkil edib, - “Vesti ” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL